Xəbər lenti:
Londonda ən böyük pulsuz wi-fi zona yaradılacaq
11-01-2012 

2012-ci il Yay Olimpiya Oyunları ərəfəsində Londonda simsiz internetə sərbəst çıxışlı böyük zona yaradılacaq. Wi-fi xidmətlərini mobil rabitə operatoru O2 şirkəti Britaniya paytaxtının mərkəzi rayonlarında – Vestministr, Kensinqton və Çelsidə təqdim edəcək. Pulsuz wi-fi-ın təmini üçün avadanlıq küçələrin işıq dirəklərində cari ilin martınadək quraşdırılacaq. Ekspertlər hesab edirlər ki, yeni servis çox populyar olacaq, xüsusilə ona görə ki, xarici turistlər bəzən mobil rabitənin baha olmasından narahat olurlar, lakin bununla yanaşı əlavə edirlər ki, olimpiada zamanı onun fasiləsiz işini təmin etmək lazımdır. Layihənin digər müsbət məqamı ondan ibarətdir ki, pulsuz çıxışın təşkili hakimiyyət orqanları və vergiödəyiciləri tərəfindən xərc tələb etmir. Öz növbəsində O2 operator layihəni kommersiyalı hesab etmir və ilk növbədə öz imicini möhkəmləndirməyə çalışır. Bununla belə, bəzi çəkilən xərclər reklamla kompensasiya ediləcək.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya