Xəbər lenti:
Genişzolaqlı internet istifadəçilərinin 60 faizindən çoxu DSL texnologiyasından istifadə edir
23-01-2012 

Genişzolaqlı şəbəkələrin inkişaf məsələlərini öyrənən Broadband Forum sənaye təşkilatının qiymətləndirməsinə görə, genişzolaqlı internet istifadəçilərinin əksəriyyəti - 61,5 faizi veb-səhifələrə DSL texnologiyası vasitəsilə daxil olur. 19,5 faiz bunu kabel bağlantısı ilə edir, 16 faiz optik-lifə (FTTx) üstünlük verir. Şirkət ekspertlərinin qiymətləndirməsinə görə, 2011-ci ilin üçüncü rübünün sonuna dünyada genişzolaqlı internet istifadəçilərinin sayı 581 milyon nəfəri ötüb ki, bu da ötən rüblə müqayisədə 3,08 faiz, 2010-cu ilin analoji dövrünə nisbətdə isə 12,89 faiz çoxdur. Xatırladaq ki, bir az əvvəl iSuppli şirkətinin ilkin qiymətləndirmələrinə görə, 2011-ci ilin sonuna dünyada 600 milyona yaxın sürətli internet abunəçisi olub. Analitiklər 2012-ci ilin sonuna onların sayının 676 milyona çatacağını proqnozlaşdırıblar. Bundan başqa, Broadband Forum ekspertlərinin fikrincə, yaxın vaxtlarda internetə çıxış üçün perspektivli texnologiyalardan biri - sürəti 1 giqabit/saniyəyədək təmin edən G-Pon (Gigabit Passive Optical Network) texnologiyası olacaq.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya