Xəbər lenti:
Aİ məlumatların mühafizəsi haqqında qanuna düzəlişləri müzakirə edir
25-01-2012 

Avropa İttifaqı hakimiyyəti məlumatların mühafizəsi haqqında qanunu sərtləşdirməyi planlaşdırır. Qanuna edilən yeni düzəlişlərdə məlumatlara edilən müdaxilədən və oğurluqdan ziyan çəkmiş şirkətlərə xüsusi diqqət yetiriləcək. Düzəlişlər layihəsinə əsasən, belə hallarda onlar məlumat sızması baş verdikdən sonra sutka ərzində hakimiyyət və maraqlı şəxsləri məlumatlandırmalıdırlar. Bundan başqa, istifadəçilərin şirkətlərdən öz məlumatlarını tamamilə ləğvini tələb etmək, eləcə də fərdi informasiyanı bir təşkilatdan digərinə asanlıqla daşımaq imkanı olacaq. İnformasiyanın mühafizəsi haqqında qanunu pozan şirkətlərə qarşı ümumi mədaxilin 1 faizi məbləğində cərimə tətbiq ediləcək. Məlumatların mühafizəsi üzrə yeni qaydalar haqqında yanvarın 25-də elan ediləcəyi planlaşdırılır. Gözlənildiyinə görə, Aİ qanunvericiliyində həyata keçirilən yenilik Facebook, Google, sosial şəbəkələr, “bulud” xidmətləri, elektron billinq sistemləri və digər onlayn servislər üçün ciddi nəticələrə səbəb olacaq.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya