Xəbər lenti:
Oracle $1,9 milyarda kadrların idarəetməsi üzrə bulud həllər tədarükçüsünü alır
14-02-2012 

Oracle şirkəti kadrların idarəetməsi üzrə bulud həllər tədarükçüsü Taleo şirkətinin alınmasına dair sazişin imzalandığını elan edib. Məbləği 1,9 milyard dollar təşkil edəcək sazişin 2012-ci ilin ortalarında tamamlanması planlaşdırılır. Oracle-ın təklifi NASDAQ birjasında Taleo-nun qiymətli kağızlarının qiymətini 18 faiz üstələyir. Taleo-nun həlləri istedadlı kadrları cəlb etmək, öyrətmək, və saxlamağa, eləcə də onlar barəsində ətraflı məlumat toplamağa, səmərəliyin təhlilini aparmağa və əməkhaqqını idarə etməyə kömək edir. Şirkət nümayəndələri hesab edirlər ki, əməkdaşlar istənilən müəssisənin ən başlıca resursudur, belə ki, bütün xərclərin 70 faizi onlara sərf olunur. Taleo-nun həllərindən dünyanın 180 ölkəsinin 5 mindən çox müştərisi, o cümlədən Fortune 100-ün siyahısına daxil olan müəssisələrin təxminən yarısı istifadə edir. Ekspertlər Taleo-nun alınmasına dair sazişi Almaniyanın SAP şirkəti tərəfindən SuccessFactors şirkətinin alınmasına cavab kimi qiymətləndirirlər. SuccessFactors həmçinin kadrların idarəetməsi üzrə bulud həllər tədarükçüsüdür. Həm Oracle, həm də SAP bulud həllər seqmentində mübarizə aparmaq üçün güc toplayır.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya