Xəbər lenti:
Windows-un yeni loqotipi olacaq
23-02-2012 

Microsoft korporasiyası yeni Windows 8 əməliyyat sistemində istifadə olunacaq və Metro interfeysinə uyğun hazırlanan Windows-un yeni loqotipni rəsmən təqdim edib. Loqotip Pentagram şirkəti tərəfindən Microsoft-un dizayner və marketinq mütəxəssisləri ilə keçirilən müşavirdən sonra hazırlanıb. Yeni loqotip daha çox pəncərələri (Windows) xatırlatmaqla tamamilə eyni rəng çalarındadır. Bu, Windows 3.0 çıxandan sonra ötən 22 il müddət ərzində baş verən ən əhəmiyyətli dəyişiklikdir. Microsoft-un loqotipi dəyişməyə hazırlaşması ilə bağlı şayiələr uzun müddətdir gəzir. Təxminən bir həftə əvvəl internetdə loqotipin təsvirləri görünməyə başlayıb, lakin yalnız indi korporasiya rəmən onun xarici görünüşünü təsdiq edib. Xatırladaq ki, Windows 8-in 2012-ci ilin payızında çıxacağı gözlənilir.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya