Xəbər lenti:
Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb
19-03-2012 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, informasiya texnologiyaları sahəsində istehsal yönümlü fəaliyyətin dəstəklənməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması üzrə işlərə təkan vermək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb. Nazirlər Kabinetinə üç ay müddətində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamənin layihəsini, ölkədə informasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, eləcə də bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya