Xəbər lenti:
Avropada kibercinayətkarlıqla mübarizə mərkəzi yaradılacaq
30-03-2012 

Avropa Komissiyası qitə sakinlərini və onların biznesini kibertəhdidlərdən qoruyacaq Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (European Cybercrime Centre - ECC) yaradılması təklifi ilə çıxış edib. Statistikaya əsasən, hər gün milyonlarla insan kibercinayətlərin qurbanı olur. Bütün dünyada belə cinayətlər nəticəsində dəyən ziyan təxminən 388 milyard dollar məbləğində qiymətləndirilir. ECC fəaliyyətinə növbəti ilin yanvarından başlamaqla Haaqa Avropa polisi - Avropol çərçivəsində yaradılacaq. Mərkəz əməkdaşları mütəşəkkil cinayətkar qrupların oğurlanmış kredit kartları və bank hesablarından istifadə edərək apardığı qeyri-qanuni onlayn fəaliyyətlə mübarizə aparacaqlar. Bundan başqa, yaradıcıların fikrincə, mərkəz Avropolun uşaq fahişəliyi, insan alveri, fərdi məlumatların oğurlanması ilə mübarizə işini asanlaşdırmalı, eləcə də Avropa İttifaqı ölkələrinin infrastrukturuna ziyan vuran kütləvi kiberhücumların qarşısında durmağa kömək etməlidir.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya