Xəbər lenti:
Amerikalıların 21 faizi elektron kitab oxuyur
06-04-2012 

Amerikalıların 21 faizi elektron kitab oxuyur, kontentdən elektron formatda yararlanma isə insanların əvvəlkinə nisbətən daha çox oxuması ilə nəticələnir. Bu barədə Pyu tədqiqat mərkəzinin hesabatında deyilir. Tədqiqat mərkəzinin məlumatına görə, 2011-ci ildə hər beş amerikalıdan biri elektron kitab oxuyub. Elektron kitabların oxunması üçün qurğuların sahibləri təbii olaraq Milad bayramı ərəfəsində artıb, amerikalıların çoxu həm planşet kompüterlərə, həm də elektron kitablara sahib olub. Məsələn, Kindle və Nook qurğularına sahib olanların sayı dekabrda qeydə alınan 10 faizə nisbətdə yanvarda 19 faizə çatıb. Eyni vəziyyət iPad və Kindle Fire planşet kompüterlərində də müşahidə olunur. Elektron kitabların oxunmasının artması çap edilmiş materiallardan rəqəmsal materiallara tədricən keçidin göstəricilərindən biridir. 2011-ci il dekabrın sonuna 16 yaşından yuxarı amerikalıların 43 faizi bildiriblər ki, ötən il onlar elektron kitab və ya rəqəmsal formatda jurnal, qəzet, gündəlik xəbərləri oxu qurğuları, noutbuk, stasionar kompüter və ya mobil telefonlar vasitəsilə oxuyublar. Elektron mətn oxucularının 30 faizi indi oxumağa daha çox vaxt sərf etdiklərini bildirirlər.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya