Xəbər lenti:
Windows Vista əməliyyat sisteminin əsas dəstəyi dayandırılır
12-04-2012 

Microsoft korporasiyası çərşənbə axşamı Windows Vista əməliyyat sisteminin dəstəklənməsinin əsas dövrünü başa çatdırır. ƏS-in dəstəklənməsi dövründə bütün istifadəçilər məhsulları pulsuz yeniləmək imkanından yararlanırdı. Bir gün əvvəl Office 2007 ofis əlavələr paketinin də dəstəklənməsi dayandırılıb, Digit yazır. Bundan sonra məhsul istifadəçiləri pulsuz yalnız əlavənin təhlükəsizliyi ilə bağlı ciddi problemləri aradan qaldıran yenilənmələri ala biləcəklər. Microsoft başqa yenilənmələr də buraxa bilər, lakin onları yalnız dəstək üçün ödənişli müqavilə imzalayan şirkətlər əldə edə biləcəklər. Windows Vista-ın belə tam dəstəklənməsi dövrü 2017-ci ildə başa çatacaq. Vista əməliyyat sistemi 2007-ci ilin sonunda işıq üzü görüb. Vista Windows XP ilə müqayisədə o qədər də populyarlıq qazana bilməyib. StatCounter statistika saytının məlumatına əsasən, 2012-ci ilin martında əməliyyat sistemləri bazarının təxminən 9,1 faizi Windows Vista-ın payına düşüb.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya