Xəbər lenti:
FTB minlərlə kompüterin internetdən ayrılması ehtimalı barədə xəbərdarlıq edir
25-04-2012 

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 9 iyul 2012-ci il tarixindən etibarən 300 mindən çox istifadəçinin internetə çıxışdan məhrum olmasının mümkünlüyü barədə xəbərdarlıq edir. Bu halda DNS Changer virusuna yoluxan sistemlər təhlükə altında olacaq. Ötən ilin noyabrında FTB əməkdaşları altı Estoniya vətəndaşını internet şəbəkəsində fırıldaqçılıqda və dünyada minlərlə kompüterin DNS Changer virusuna yoluxdurmaqda şübhəli bilərək həbs edib. FTB-in məlumatına görə, hakerlər bu virusdan istifadəçiləri onlar tərəfindən reklam elanlarının yerləşdirildiyi öz veb-saytlarına yönəltmək üçün istifadə ediblər. Bu resurslarda reklam informasiyasına baxış sayına görə hakerlər pul alıblar və bu minvalla 14 milyon dollara yaxın vəsaiti qeyri-qanuni mənimsəyiblər. Interfax-ın məlumatına əsasən, haker şəbəkəsini ifşa edən FTB yoluxmuş kompüterlərin dərhal internetdən ayrılmasının qarşısını almaq və istifadəçilərə faylları viruslardan təmizləməyə vaxt vermək üçün sərəncamında olan resursları qısa müddət ərzində fəallaşdırmağa başlayıb və virusa yoluxmuş serverləri (viruslu kompüterlərin şəbəkəyə yalnız bu serverlər vasitəsilə daxil olanları) müsadirə edərək onları əvəzləyib. İyulun 9-da FTB müvəqqəti serverləri bağlayacaq və buna görə dünyadakı internet istifadəçilərini kompüterlərdə virusun olub-olmamasını yoxlamağa çağırıb. Büro bu məqsədlə xüsusi sayt (www.dcwg.org) yaradıldığını da bildirir.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya