Xəbər lenti:
Google məlumatların saxlanılması üçün bulud servisini istifadəyə verib
27-04-2012 

Aprelin 24-dən etibarən Google şirkəti məlumatların uzaq məsafədə saxlanılması üçün yeni Google Drive bulud servisini işə salıb. İstifadəçilər korporasiyanın serverlərində 16 terabaytadək məlumat yerləşdirə bilərlər. Google Drive-da 5 giqabayt üçün yer pulsuz verilir, 25 giqabayt ayda 2,49 dollar, 100 giqabayt 4,99 dollar, 1 terabayt 49,99 dollar, 16 terabayt 799 dollar təşkil edəcək. Yeni xidmət bulud serverdə fotoşəkil, videofayl və digər sənədləri saxlamağa imkan verir. Fayllardan kompüter və mobil qurğular vasitəsilə istifadə etmək olar. Xidmət həm Apple kompüterlərində, həm də Windows əməliyyat sistemli qurğularda işləyir. Bundan başqa, onu planşet kompüterlərdə və Android əməliyyat sistemi ilə işləyən telefonlarda quraşdırmaq mümkündür. iOS üçün müvafiq əlavəni Google yaxın gələcəkdə buraxacağına söz verir. İstifadəçi öz faylları arasında ona lazım olan sənədi “Axtarış” funksiyasının köməyi ilə tapa biləcək. Google Drive servisi digərləri ilə yanaşı oxşar xidmətlər göstərən Dropbox saytı və Microsoft korporasiyası ilə rəqabət aparacaq.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya