Xəbər lenti:
Google Wave servisini bağlayıb
02-05-2012 

Google şirkəti brauzerin köməyi ilə real vaxt rejimində ünsiyyət və fayl mübadiləsi üçün nəzərdə tutulan Google Wave kommunikasiya servisini bağlayıb. Google Wave 2009-cu ilin mayında işə salınıb, açıq qeydiyyat isə yalnız bir il ötdükdən sonra – 2010-cu ilin mayında başlayıb. Lakin artıq 2010-cu ilin avqustunda şirkət servisin işlənməsinin dayandırılmasını açıqlayıb və istifadəçilərə oradakı məlumatları 30 aprel 2012-ci il tarixinədək çıxarmağı təklif edib. Servisin bağlanmasına səbəb kimi onun istifadəçilər arasında kifayət qədər populyar olmaması göstərilir. Korrespondent.net-in məlumatına görə, Google Wave servisini yaradanda ona böyük ümidlər bəsləyərək servisin elektron poçtu və ani ismarış sistemini əvəz edə biləcəyini planlaşdırmışdı. Servisin özəlliyi ondan ibarət idi ki, istifadəçilər Google Wave-in açıq olduğu brauzerin pəncərəsindən çıxmadan real vaxt rejimində fayl mübadiləsi edə bilirdilər. Bununla belə, Google servisin bağlanmasını elan etdikdən sonra kənar tərtibatçılar üçün Wave-in əsas komponentlərinin başlanğıc kodlarına sərbəst çıxış təqdim edib, bu isə onlara oxşar servis yaratmağa imkan verir.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya