Xəbər lenti:
Google axtarışı modernləşdirir
21-05-2012 

Google şirkəti faktlar və axtarış obyektləri arasında qarşılıqlı əlaqəni nəzərə alan Knowledge Graph semantik aləti vasitəsilə axtarışın sürətini və oxşarlığını təkmilləşdirmək niyyətindədir. Sistem sorğunun mənasını başa düşməyə çalışacaq ki, bu da göstərilən nəticələr siyahısına təkcə saytlara istinadları deyil, həm də istifadəçini maraqlandıran mövzuya dair birbaşa cavabı və əlavə informasiyanı daxil etməyə imkan verəcək. RİA Novosti-nin məlumatına görə, Knowledge Graph-ın köməyi ilə Google əsas sözləri müəyyənləşdirməklə yanaşı axtarışa verilən sorğunun mənasını da anlayacaq və onun barədə informasiyanı Google-un müxtəlif obyektlər, məsələn – insanlar, yerlər, əşyalar, filmlər, incəsənət əsərləri və s. haqqında bilgilərin saxlandığı məlumat bazasında axtaracaq. Hazırda Google-un məlumat bazasında 500 milyondan çox obyekt, eləcə də 3,5 milyarddan çox fakt və onlar arasında qarşılıqlı əlaqəyə dair informasiya toplanıb. Məsələn, “Tac Mahal” sorğusunun Hindistanın arxitektura abidəsi, yaxud “Qremmi” mükafatı alan musiqiçi, Atlantik-Siti kazinosu, hətta evin yaxınlığında yerləşən Hindistan restoranları ilə bağlılığı ola bilər. Google əvvəllər belə sorğuya kontenti “Tac Mahal”-ın əsas sözlərinə yaxın olan daha çox populyar internet səhifələrinə bir yığın istinad verirdisə, hazırda istifadəçinin ayrıca bölmədə onu maraqlandıran konkret obyektə aid axtarışın nəticələrinə baxmaq imkanı var.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya