Xəbər lenti:
StatCounter: Google Chrome IE brauzerini ötüb
23-05-2012 

Dünyanın 3 milyondan çox internet-saytı üzrə istifadəçilərin sayını izləyən StatCounter servisinin məlumatına görə, Google Chrome dünyanın ən populyar brauzeri hesab edilib. Microsoft Internet Explorer (IE) brauzerini qabaqlayan Chrome populyarlığına görə ilk dəfə olaraq bütün həftə ərzində birinci yerdə qərar tuta bilib. StatCounter-in rəqəmlərinə əsasən, mayın 14-dən 20-dək Chrome-un payı 32,76 faiz, onun yaxın izləyicisi Internet Explorer-in 31,94 faiz təşkil edib. Üçüncü yerdə qərarlaşan Mozilla Firefox brauzeri həmin dövrdə 25,47 faizlik nəticə əldə edib, Apple Safari dördüncü yeri (7,08%), Opera isə beşinci yeri (1,74%) tutub. RİA Novosti qeyd edir ki, statistik servislərin məlumatlarını birmənalı qəbul etmək lazım deyil. Məsələn, Net Marketshare və NetApplications servislərinin hesablamalarına əsasən, Internet Explorer və Firefox hələ də Chrome-u qabaqlayır.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya