Xəbər lenti:
Apple şirkəti Siri xidmətini təkmilləşdirəcək
01-06-2012 

Apple şirkətinin iPhone 4S smartfon modellərində Siri səslə idarəetmə funksiyası ilə bağlı böyük planları var. Bu barədə şirkətin baş icraçı direktoru Tim Kuk deyib. Apple rəhbəri bildirib ki, istehsalçı tərəfindən toplanan məlumatlar istifadəçilərin qurğularla sadə dildə ünsiyyət qurmaq arzusunda olmasını sübut edir. “Bu funksiya istifadəçilərin xoşuna gəlir. Lakin biz onu təkmilləşdirmək üçün çox şey edə bilərik. Şirkətimizdə bunun üzərində çoxlu insan işləyir və güman edirəm ki, siz yaxın aylarda yeni imkanları görəndən sonra həqiqətən razı qalacaqsınız. Bizim Siri-nin edə biləcəyi daha bir neçə əla ideyamız var”, - T.Kuk qeyd edib. Şirkət rəhbəri onu da əlavə edib ki, bu, insanların uzun illər arzuladığı funksiyadır və o demək olar hazırdır və biz bunda böyük potensial görürük. Cnews-un yazdığına görə, Siri ilə bağlı yeni məlumatların Apple-ın WWDC konfransında veriləcəyi gözlənilir. Konfransda iPhone və istehsalçının digər mobil qurğularının bazası əsasında işlədiyi iOS əməliyyat sisteminə də yer ayrılacaq.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya