Xəbər lenti:
Windows 8-in sonuncu beta-versiyası buraxılıb
05-06-2012 

Microsoft korporasiyası Windows 8 və Windows Server 8 əməliyyat sistemlərinin sonuncu beta-versiyalarını istifadəçilərin ixtiyarına verib. Windows 8-in yeni versiyası Release Preview, Windows Server 8-in isə Release Candidate statusu ilə işıq üzü görüb. Bu versiyalardan sonra 2012-ci ilin sonunadək korporasiya əməliyyat sisteminin sonuncu versiyasını buraxacaq. Windows 8 ƏS-də əsas yeniliklər “start” düyməsindən imtina edilməsi, poçt istifadəçisi, ünvan kitabçası, fotoalbomlar meneceri, eləcə də Windows Store-da edilən dəyişikliklərdən ibarətdir. Bundan əlavə, Windows 8 istifadəçilərə bir neçə ekranla işləməyə imkan verir, habelə Adobe Flash texnologiyasını dəstəkləyir. Microsoft-a məxsus yeni əməliyyat sistemində Metro interfeysi, barmaqlar vasitəsilə idarəetmə üçün optimallaşdırılan əlavələr sinfi, eləcə də vahid Windows Store əlavələr mağazası yer alıb. Yeni versiyanı rəsmi saytdan yükləmək olar.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya