Xəbər lenti:
Google-un xəritələri üçölçülü olacaq
08-06-2012 

Google şirkəti iyunun 6-da 3D formatında şəhərlərin xəritələrinin yaradılması üzrə yeni layihənin işə salındığını elan edib. ABŞ-ın bir neçə yaşayış məntəqəsinin üçölçülü xəritələri cari ilin dördüncü rübündə təqdim ediləcək və Google Earth servisinə əlavə olunacaq. Şirkət yeni formatın imkanlarını mətbuat konfransının keçirildiyi San-Fransisko şəhərinin timsalında göstərib. İstifadəçi təyyarədən edilən çəkilişləri seyr edən zaman onda hava ilə şəhər üzərində uçması təəssüratı yaranacaq. Bina, abidə və hətta küçələrdəki ağaclar lentə alınacaq və istifadəçilər bütün obyektlərə dörd tərəfdən baxa biləcəklər. İlin sonuna Google ümumi əhalisi 300 milyon nəfər təşkil edən bir neçə şəhərin ətraflı çəkilişlərini əldə etməyə ümid edir. Bundan başqa, Google internetə qoşulmadan Android əməliyyat sistemi üçün Google Maps əlavəsində xəritələrə baxmaq imkanının olduğunu da açıqlayıb. Bunun üçün istifadəçi əvvəlcədən xəritənin lazımi hissəsini seçməli və məlumatları smartfon və ya planşet kompüterin yaddaşına yükləməlidir.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya