Xəbər lenti:
Facebook şərhləri redaktə etməyə imkan verəcək
25-06-2012 

Facebook sosial şəbəkəsi istifadəçilərə öz şərhlərini redaktə etməyə imkan verəcək. Sosial şəbəkə nümayəndələrinin bildirdiyinə görə, müvafiq funksiyadan yaxın günlərdə bütün istifadəçilər yararlana biləcəklər. Edit bəndi karandaş nişanı üzərində klik edən zaman şərhlərin sağında görünəcək. Yenilənməni hələ ki əldə etməyənlərdə bu yerdə yalnız yazıların pozulmasına cavab verən X işarəsi təsvir olunub. Funksiya yaradılmamışdan əvvəl dərc edilmiş yazılara da düzəlişlər etmək mümkün olacaq. Digər istifadəçilər şərhin redaktə tarixinə baxmaq imkanı əldə edəcəklər. Facebook istifadəçilərin dərc etdiyi materialları bəyənmək və şərh etməyə, eləcə də öz səhifələrində yerləşdirməyə imkan verəcək. Bu halda şərhləri də bəyənmək mümkündür. Sosial şəbəkədə dərc edilən materialları redaktə etmək hələlik nəzərdə tutulmayıb.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya