Xəbər lenti:
Sony optik sensorların istehsalına 1 milyard dollar yatırır
28-06-2012 

Yaponiyanın Sony şirkəti rəqəmsal kameralar üçün optik sensorların istehsal gücünün artırılmasına 1 milyard dollar sərmayə yatırır. CCD və CMOS-sensorların istehsalının genişləndirilməsi şirkətə sürətlə inkişaf edən smartfon və planşet kompüterlər bazarına məhsulları fəal surətdə tədarük etməyə imkan verəcək. İstehsal gücünün artırılmasının Naqasaki şəhərində yerləşən əsas zavodda həyata keçirilməsi planlaşdırılır. Sərmayələr yapon şirkətinə optik sensorların istehsalı üçün ayda 45 min deyil, 60 min altlıq istehsal etməyə imkan verəcək. Altlıqların sayı istehsal olunan sensorların tipindən asılı olaraq dəyişə bilər. Sony rəhbəri Katsuo Xirai sərmayələrin xeyli hissəsinin CMOS-sensorların buraxılması üçün istehsal gücünün genişləndirilməsi ilə yanaşı, müəyyən məbləğin CCD sensorlara da yönəldiləcəyini bildirir. Hazırda Sony-nin istehsal etdiyi optik sensorların təxminən 80 faizi kənar sifarişçilərə verildiyi halda, qalan 20 faiz Sony CyberShot və Sony Alpha kameralarında işləyir. Kameralarda istifadə edilən optik sensorlar kameranın obyektivinə düşən işığın kameranın prosessoru üçün rəqəmsal siqnala çevrilməsi funksiyasını yerinə yetirirlər.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya