Xəbər lenti:
Sony məlumatları daha sürətlə ötürən fləş-kartlar istehsal edib
03-07-2012 

Yaponiyanın Sony korporasiyası yüksək məhsuldarlığa malik yeni nəsil XQD fləş-kartlarının tutumu müvafiq olaraq 64 və 32 giqabayt təşkil edən QD-S64 və QD-S32 modellərini təqdim edib. XQD toplayıcıları CompactFlash kartlarını əvəz etməklə əsasən peşəkar rəqəmsal fotoaparatlar və videokameralar sahələrində tətbiq ediləcək. XQD standartı PCI Express-in xüsusiyyətlərindən istifadə edir. Yeni formatlı kartların yüksək etibarlılığa və davamlılığa malik olduğu bildirilir. Toplayıcıların ölçüləri 38,5×29, 6×3,8 мм təşkil edir. QD-S64 və QD-S32 modelləri 168 Mb/saniyəyə çatan oxumanın və informasiyanın yazılmasının rekord sürətini təmin edir. Toplayıcılar ilk növbədə yüksək təsvir ölçüsünə malik fotoaparatlar və videokameralar üçün nəzərdə tutulub. Modellərin satışına iyulun 11-də başlanacaq və onların qiyməti müvafiq olaraq 750 və 500 dollar olacaq.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya