Xəbər lenti:
Microsoft yeni Office əlavəsini təqdim edib
18-07-2012 

Microsoft korporasiyasının icraçı direktoru Stiv Balmer iyulun 16-da San-Fransiskoda keçirilən mətbuat konfransında Microsoft Office əlavələr paketinin yeni versiyasını təqdim edib. Yeni nəsil proqramların əsas xüsusiyyətlərindən biri Microsoft SkyDrive “bulud” servisi ilə inteqrasiya olacaq. İstifadəçi tərəfindən yaradılan bütün sənədlərlə yanaşı şəxsi funksiyalar da avtomatik olaraq “bulud” servisində saxlanacaq ki, bu da onlara internetə qoşulan istənilən qurğu vasitəsilə çıxışı təmin edəcək. Bundan başqa, yeni Office sensor kompüterlərdə və planşetlərdə iş rejiminin sadələşdirilməsini, habelə sosial servislərlə sıx inteqrasiyanı nəzərdə tutur. Xüsusilə Office-də Skype internet-telefoniya quraşdırılacaq, eləcə də Facebook və LinkedIn sosial şəbəkələrindəki kontaktları ofis əlavələrinə inteqrasiya etməyə imkan verən People Card funksiyası yer alacaq. Yeni Microsoft Office-in dizaynı satışlarına 2012-ci ilin oktyabrında başlanılması planlaşdırılan Windows 8 əməliyyat sisteminin dizaynına uyğun hazırlanıb. Yeni əməliyyat sistemi ilə yanaşı, Office-in növbəti versiyası həmçinin Windows 7 ilə uyğunlaşa biləcək. Hazırda yeni Office paketinin nümunə versiyasını Microsoft-un saytından yükləmək mümkündür. Microsoft Office-in tam versiyası gözlənildiyinə görə 2013-cü ilin əvvəlində işıq üzü görəcək, paketin qiyməti hələ ki tam müəyyənləşdirilməyib.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya