Xəbər lenti:
Çinlilər USB fləş-kart ölçüsündə kompüter istehsal ediblər
01-08-2012 

Çinin kiçik Kimdecent şirkəti ölçüləri ilə adi USB fləş-kartı xatırladan kompüterin istehsalına başlayıb. Droid Stick T4 adlandırılan qurğunu yeni sinif kompüterlərə - “mikrokompüterlər“ə aid edirlər. Bununla belə, yeni cihaz göstəricilərə görə hətta bəzi planşet kompüterlərdən üstündür. Mikrokompüter Android 4.0 əməliyyat sisteminin bazasında işləyir. İstehsalçı bildirir ki, ARM prosessorları ilə işləyə bilən digər ƏS-nin quraşdırılması da nəzərdə tutulub. Droid Stick T4 1,2 QHs takt tezliyində işləyən ARM Cortex A8 çipi əsasında yığılmış Allwinner A10 mərkəzi prosessor və Mali 4000 qrafik sürətləndirici ilə təchiz olunub. Kompüterin operativ yaddaşı 1 qiqabayta bərabərdir, eləcə də qurğuda 4 giqabayt fleş-yaddaş və microSD formatlı toplayıcılar üçün slot yerləşdirilib. Mikrokompüter monitora və ya televizora HDMI vasitəsilə qoşulur. Həmçinin cihazda USB 2.0 və miniUSB portları yer alıb. 90x20x10 mm ölçülərinə malik kompüterin Çində qiyməti 70 ABŞ dolları təşkil edir.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya