Xəbər lenti:
Facebook şirkətinə Instagram-ı almağa icazə verilib
24-08-2012 

ABŞ Federal Ticarət Komissiyası Facebook sosial şəbəkəsi tərəfindən Instagram şirkətinin alınmasına dair sövdələşməni bəyənərək sazişin həyata keçirilməsinə mane olmayacağını bəyan edib. Bununla da dünyanın iri sosial şəbəkəsi populyar fotoservisin alınmasına bir addım yaxınlaşıb. Xatırladaq ki, cari ilin aprelində, səhmlərin buraxılmasına bir ay qalmış Facebook Instagram-ı 1 milyard dollara alacağını elan edib. Bu təklif 300 milyon dollar üstəgəl Facebook-a məxsus 23 milyon səhmi nəzərdə tutur. Lakin sosial şəbəkənin səhmlərinin qiymətinin aşağı düşməsi ilə hazırda 747 milyon dollar qiymətləndirilən sövdələşmənin dəyəri də azalıb. 2010-cu ildə fəaliyyətə başlayan Instagram 50 milyondan çox istifadəçini cəlb edə bilib. Bundan əlavə bu yaxınlarda keçirilən araşdırmalar nəticəsində dünyanın məşhur brendlərinin təxminən yarısının marketinq strategiyalarında Instagram-dan istifadə etdikləri məlum olub.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya