Xəbər lenti:
Apple və Google şirkətləri danışıqlara başlayıblar
04-09-2012 

İki nəhəng İT şirkəti – Apple ilə Google korporasiyaları intellektual mülkiyyət və mübahisəli mobil texnologiyalarla bağlı danışıqlara başlayıblar. Şirkətlərin rəhbərləri Larri Peyc və Timoti Kuk sonuncu dəfə ötən həftə telefon danışıqlarında mübahisəli patentləri müzakirə ediblər. İki şirkət arasındakı münasibətlər son bir ildə daha da kəskinləşib. Analitiklər bunu son vaxtlar smartfon və planşet bazarının populyarlığı ilə əlaqələndirirlər. Apple Google şirkətinə qarşı məhkəməyə iddia ərizəsilə müracət etməsə də, internet nəhənginin populyar Android əməliyyat sistemindən istifadə edən mobil qurğu ishehsalçıları ilə fəal mübarizə aparır. Xatırladaq ki, Apple şirkətinin mərhum rəhbəri Stiv Cobs Android-i “oğurluq” məhsul adlandırsa da, Google Android hazırda əməliyyat sistemləri bazarının lideridir, 10-dan çox istehsalçı və 100-ə yaxın mobil operatorlar tərəfindən dəstəklənir.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya