Xəbər lenti:
Windows 7 ən populyar əməliyyat sistemidir
05-09-2012 

Net Applications analitik şirkətinin avqust ayının göstəriciləri əsasında tərtib etdiyi hesabata əsasən, Windows 7 dünyanın ən populyar əməliyyat sistemidir. Hesabatda bildirilir ki, hazırda Windows 7 dünya əməliyyat sistemləri bazarının 42,76 faizini əhatə edir. Şirkətin təqdim etdiyi statistik göstəricilərə görə, Windows 7 öz “böyük bacısını” Windows XP (42,52 faiz) əməliyyat sistemini minimal üstünlüklə qabaqlayıb. Windows Vista əməliyyat sisteminin bazardakı payı 6,15 faiz təşkil edir. Reytinq cədvəlində 4-cü və 5-ci yerləri müvafiq olaraq, Apple şirkətinin OS X 10.7 Lion (2,45 %) və 10.6 Snow Leopard (2,38 % ) əməliyyat sistemləri tutur. Qeyd edək ki, Net Applications analitik şirkətinin hesabatı StatCounter servisinin statistik göstəricilərindən fərqlənir. Belə ki, StatCounter servisinin məlumatına əsasən, artıq iyun ayından Windows 7 ƏS-in bazardakı payı 50 faizi ötüb. Xatırladaq ki, Microsoft şirkəti Windows 7 əməliyyat sisteminin final versiyasını 2009-cu ilin oktyabr ayında təqdim edib. Şirkət 3 il ərzində ƏS-in 600 milyondan çox surətini satıb.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya