Xəbər lenti:
Google noyabrda IE 8-i dəstəkləməyəcək
21-09-2012 

Google axtarış sistemi 2012-ci il noyabrın 15-dən etibarən Internet Explorer 8 brauzerini dəstəkləməməyə başlayacaq. Bununla bağlı şirkətin rəsmi bloqunda deyilir: “Internet Explorer 10-nun işə salınması oktyabrın 26-na planlaşdırılıb. Bu səbəbdən biz IE 8-i dəstəkləməməyə başlayacağıq”. Qeyd edilən tarixdən sonra Google-un servislərindən istifadə etmək istəyənlərə brauzeri yeniləməklə bağlı bildiriş göndəriləcək. Windows XP və Internet Explorer 8 brauzerlərindən (məsələn, korporativ istifadəçilər) hazırda istifadə edənlər daha çətin vəziyyətə düşəcəklər, çünki vaxtilə məşhur olan əməliyyat sistemi indi rəsmən nə IE 9, nə də IE 10 brauzerini dəstəkləyir. Köhnəlmiş brauzerin istifadəsindən imtina Google-un siyasətinin tərkib hissəsidir. Belə ki, hazırda axtarış sistemi servislərini populyar brauzerlərin son iki versiyasında iş üçün uyğunlaşdırır.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya