Xəbər lenti:
Google kapitallaşma həcminə görə Microsoft-u ötüb
03-10-2012 

Google şirkəti kapitallaşma həcminə görə Microsoft korporasiyasını ötərək dünyada informasiya texnologiyaları (İT) şirkətləri arasında ikinci yerə çıxıb və yalnız birinci yerdə qərarlaşan Apple-dan geri qalır. Analitiklər Google-un səhmlərinin qiymətinin artmasını şərh edərkən bildiriblər ki, internet-şirkətin dəyərinin yüksəlməsi müasir cəmiyyətin internetləşdirilməsi üzrə ümumi trendin və biznes fəallığın əksər hissəsinin internetə köçürlməsinin göstəricisidir. Bazar ertəsi internet nəhəngin ümumi dəyəri 249,9 milyard dollaradək artıb, halbuki Microsoft-un dəyəri 247,2 milyard dollar olub. Səhmdarlar Microsoft və Google şirkətlərinin səhmlərinin dinamikasının bazardakı vəziyyəti çox dəqiqliklə əks etdirdiyini qeyd edirlər. Çünki Microsoft korporativ şəbəkələrə və masaüstü kompüterlərə üstünlük verməkdə davam edir, Google isə məlumatların daha çox internetə köçürülməsinə çağırışlar edir və “bulud hesablamalar” konsepsiyasını yayır. “Klassik fərdi kompüterlər biznesinin hazırda azalmağa doğru getməsi şübhə doğurmur, halbuki “bulud həllər” artır və müəssisələrin əksəriyyəti interneti təkcə korporativ sayt üçün iş yeri hesab etmir və buna əlverişli biznes mühit kimi yanaşırlar”, deyə Wedge Partners şirkətinin analitiki Martin Pikkonen qeyd edib.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya