Xəbər lenti:
Apple-ın kapitallaşması 60 milyard dollar azalıb
12-10-2012 

Apple şirkətinin kapitallaşması iPhone 5 smartfon modeli sentyabrın 21-də bir sıra ölkələrin mağazalarında satışa çıxarıldıqdan sonra təxminən 60 milyard dollar azalıb. Hazırda şirkətin səhmlərinin qiyməti bir ədəd üçün 640,91 dollar təşkil edir ki, bu da yeni qurğunun bazara çıxarılmasına iki gün qalmış nail olunan yüksək qiymətlə müqayisədə 8,7 faiz azdır. Məzənnənin aşağı düşməsi istehsalçı tərəfindən modelin arxa panelini alümindən düzəltmək qərarından sonra yeni smartfonlara yaranmış çatışmazlıqla əlaqədardır. Qeyd edək ki, alümində cızıqlar digər materiallarla müqayisədə daha çox əmələ gəlir və bəzi hallarda alıcılar aparatın yığılması və qablaşdırılması zamanı cızıqlı yeni qurğu alırlar. Bununla əlaqədar Apple-ın tərəfdaşı olan Foxconn zavodlarında keyfiyyət tələbləri artırılıb.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya