Xəbər lenti:
IBM Kanadada yeni Data-mərkəz açıb
24-10-2012 

IBM korporasiyası Kanadada yeni smart Data-mərkəz açıb. Ontario əyalətinin hökuməti tərəfindən həyata keçirilən IBM Canada Leadership Data Centre layihəsi korporasiyaya 90 milyon dollara başa gəlib. Mərkəz əvvəllər Kanadanın əksər qabaqcıl texnoloji İT zavodlarının yerləşdiyi və müvafiq biznes cəmiyyətinin formalaşdığı Barri şəhərində açılıb. IBM nümayəndələri bildirirlər ki, yeni mərkəz təhlükəsizlik, məlumatların köçürülməsi və dayanıqlığı baxımından müasir tələblərə tam cavab verir və orada ümumilikdə 200 nəfərə yaxın adam işləyəcək. Qeyd edək ki, cari ilin aprel ayında korporasiya IBM Canada Research and Development Centre şəbəkəsini işə salaraq layihə çərçivəsində 150 nəfərdən çox adamı işə qəbul etmişdi. Yeni Data-mərkəz əvvəllər yaradılan şəbəkənin hesablama tələbatını qismən ödəməli, eləcə də kommersiya müştərilərinin marağına uyğun işləməlidir. Hazırda IBM-in dünyada 17 Data-mərkəzi fəaliyyət göstərir.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya