Xəbər lenti:
Bakıda VII İnternet İdarəçilik Forumu işə başlayıb
08-11-2012 

Bu gün Bakıda VII İnternet İdarəçilik Forumu öz işinə başlayıb. Tədbirin açılışında BMT-nin baş katibinin müavini Vu Honqbo tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. V. Honqbo BMT-nin Azərbaycan hökuməti ilə birgə təşkil etdiyi VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsini ölkədə informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafına yaradılan şəraitin göstəricisi kimi qiymətləndirib. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Ture dünya informasiya cəmiyyətinin nümayəndələrinin bir araya gəlmələri və səmərəli müzakirələr aparmaları baxımından Forumun əhəmiyyətini qeyd edib. Azərbaycan Respublikası baş nazirinin müavini Abid Şərifov belə bir mötəbər tədbirin Bakıda keçirilməsinin ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafına göstərilən diqqətin əyani təsdiqi olduğunu diqqətə çatdıb. Sonra Azərbaycan haqqında film nümayiş etdirilib. Beynəlxalq tədbir işini noyabrın 9-dək davam etdirəcək.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya