Xəbər lenti:
Proyektorla təchiz edilən planşet nümayiş olunub
25-12-2012 

Çinin Smart Devices şirkəti SmartQ-U7 planşet kompüter təqdim edib. Qurğuda quraşdırılan piko-proyektor onu digər qurğulardan fərqləndirir. Proyektorun parlaqlığı ANSI şkalası üzrə 40 lümen təşkil edir, divarda və ya digər istənilən səthdə planşetin yaddaşındakı təqdimatları, fotoşəkilləri, filmləri və digər kontenti nümayiş etdirməyə imkan verir. Proyeksiyanın ölçüsü 50 dyümə, təsvir ölçüsü 854x480 meqapikselə bərabərdir. Planşeti proyeksiyanın salındığı səthdən 1,8 metr aralıda saxlamaq lazımdır. SmartQ-U7 Android 4.1 əməliyyat sisteminin idarəetməsi ilə işləyir və 7 düymlü ekran və ikinüvəli prosessorla təchiz edilib, eləcə də 1 giqabayt operativ yaddaşa malikdir. Qurğuda HDMI çıxışı, qulaqcıq yeri və yaddaş kartı üçün slot var. Aparat hələlik satışa çıxarılmasa da, onun qiyməti artıq məlumdur. SmartQ-U7-in 8 giqabayt daxili yaddaşa malik versiyasının qiyməti 315 dollar, 16 giqabaytlının isə 400 dollar olacaq. Qeyd edək ki, SmartQ-U7 proyektora malik ilk planşet kompüterlərdən biridir. Bu funksiyalı smartfonlar artıq mövcuddur. Onlardan ən populyarı 2012-ci ilin fevralında nümayiş etdirilən Samsung Galaxy Beam modelidir.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya