Xəbər lenti:
Microsoft Blue seriyalı məhsullar üzərində iş apardığnı təsdiq edir
29-03-2013 

Microsoft korporasiyanın mütəxəssisləri tərəfindən ümumi kodlaşdırılmış adı Blue olan məhsullar və servislər üzərində iş aparıldığını təsdiq edib. Bu barədə korporasiyanın vitse-prezidenti Frenk Şou öz korporativ bloqunda yazıb. “Biz biznesimizin proqram təminatının işlənib hazırlanmasından qurğu və servislər istiqamətinə yönəlməsi ilə bağlı köklü dəyişiklik etdiyimizi bəyan etmişik. Artıq bazara çıxarılan məhsullar və şirkətin inkişaf istiqamətinin dəqiq müəyyənləşdirilməsi əsasında Microsoft məhsullarının rəhbərləri birlikdə ümumi kodlaşdırılmış adı Blue olan qurğu və servislərin təkmilləşdirilməsi planı üzərində işləyirlər”, - F.Şou bu adın dəyişdirilə biləcəyini yazaraq vurğulayır. Korporasiya nümayəndəsi Microsoft-un məhz hansı məhsulları Blue brendi ilə hazırlamasını dəqiqləşdirməyib.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya