Xəbər lenti:
“Android” smartfonlar reklamdan qurtulacaq
03-04-2013 

Brauzerdə reklamı blok edən ən populyar genişlənmələrdən biri olan “Adblock Plus”-un yaradıcıları proqramın “Android” üçün versiyasını istifadəyə veriblər. Artıq “Android” istifadəçiləri zəhlətökən bannerlərdən birdəfəlik qurtulacaqlar. Qeyd etmək lazımdır ki, tətbiqin çatışmazlıqları da var: o, daim trafikdən istifadə edir və internetsiz işləyə bilmir. Bundan başqa, “Android 3.1” platforması ilə işləyən qurğular reklamı internetə yalnız “Wi-Fi” vasitəsilə qoşulduqda blok edə biləcək. “Android” platformasının daha erkən versiyalarında reklamı təmizləmək üçün “Adblock”u tənzimləmək lazım gələcək. İstifadəçilər “Google Play” onlayn mağazasından “Adblock Plus” tətbiqini pulsuz yükləyə bilərlər.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya