Xəbər lenti:
Britaniya e-həlləri açıq proqram təminatına əsaslanacaq
04-04-2013 

Əməliyyat sistemləri, şəbəkə proqram təminatları, veb-serverlər, verilənlər bazası və proqramlaşdırma dilləri seçilərkən açıq həllər bağlı kodlu həllərdən üstün olmalıdır. Bu fikirlər Britaniya hakimiyyəti tərəfindən təqdim edilən yeni milli “Dövlət informasiya sistemlərinin dizaynı üzrə təlimat”da (Government Service Design Manual) yer alıb. Bundan sonra Böyük Britaniyanın elektron hökumət servisləri bu təlimata əsaslanaraq qurulacaq. Hazırda beta-versiyasında olan onlayn təlimatda sistem inzibatçıları, tərtibatçılar, dizaynerlər və hökumət üçün rəqəmli layihələrin yaradılmasına aidiyyəti olan digər mütəxəssislər üçün ətraflı tövsiyələr var. “Azad və açıq proqram təminatı bağlı kodlu alternativ proqramlar üzərində üstünlüyə malikdir”, - təlimatda qeyd olunub. Hökumət nümayəndələrinin fikrincə, üstünlüklərə birgə işlənib hazırlanma və tədarükçüdən asılılığın olmaması imkanı daxildir. Bundan başqa, “azad və açıq proqram təminatı” dedikdə, Britaniya hakimiyyəti ilk növbədə pulsuz və ya ucuz həlləri nəzərdə tutur.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya