Xəbər lenti:
Samsung və Mozilla “gələcəyin” brauzerini hazırlayırlar
05-04-2013 

Firefox brauzerinin tərtibatçısı Mozilla və Samsung şirkətləri Servo adlı yeni nəsil brauzer bazası üzərində iş apardıqlarını bəyan ediblər. Layihənin əsas məqsədi sürətli, çoxnüvəli, geterogen kompüter arxitekturalarından və paralel hesablama sistemlərindən istifadə edən və eyni zamanda təhlükəsizlik məsələlərini nəzərə alan həllin yaradılmasından ibarətdir. Başlanğıc nöqtədən işlənən proqram Mozilla-da yaradılan və indiyədək hazırlanma mərhələsində olan Rust proqramlaşdırma dilində yazılır. Servo ilk növbədə Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən ARM prosessorlu qurğular üçün nəzərdə tutulur və belə qurğuların istehsalı ilə Samsung məşğul olur. 2013-cü ilin yanvarında şirkət ARM arxitekturalı 8 nüvəli prosessor nümayiş etdirib.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya