Xəbər lenti:
iPhone 5 dünyada ən çox satılan smartfondur
08-04-2013 

Apple şirkətinin iPhone 5 smartfon modeli 2012-ci ilin dördüncü rübünün yekunları üzrə dünyada ən çox satılan smartfonu olub. Böyük sensor ekran, geniş yayılma coğrafiyası və yüksək operator subsidiyaları qurğuya əsas rəqibi Samsung Galaxy S III modelini üstələməyə imkan verib, ekspertlər qeyd edirlər. Onların hesablamalarına əsasən, dördüncü rübdə dünya üzrə iPhone 5-in satış həcmi 27,4 milyon ədəd təşkil edərək smartfona bazar payını 13 faizədək artırmağa imkan verib. Əvvəlki nəsil iPhone 4S modelinin tədarük həcmi 17,4 milyon qurğu olub, bazar payı isə 8 faizə çatıb. Öz növbəsində ekspertlər dünyada satılan Samsung Galaxy S III modelinin sayını 15,4 milyon ədəd, bazar payını 7 faiz qiymətləndiriblər. Qeyd edək ki, iPhone 5 və iPhone 4S modellərinin satış həcmi 2012-ci ilin dördüncü rübündə satılan bütün smartonların 25 faizini təşkil edib.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya