Xəbər lenti:
BƏƏ-də Skype-dan istifadə rəsmən qadağan edilib
22-05-2013 

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) istifadəçilərə internetdə pulsuz audio və video zənglər etməyə imkan verən Skype servisindən istifadə rəsmən qadağan edilib. Bu barədə Al Arabiya telekanalı məlumat verib. Telekanalın məlumatına görə, ölkə provayderlərindən heç biri qadağanın ləğv edilməsi üçün ərizə ilə müraciət etməyib. “Skype bağlanıb və bu, provayderlər tənzimləyici orqandan lisenziya alanədək davam edəcək”, - Al Arabiya xəbər verib. Telekanalın qeyd etdiyinə görə, 2010-cu ildə BƏƏ hakimiyyəti operatorların sorğu təqdim etmədən öz xidmətlərini göstərə bilmək hüququna malik olmasını bəyan etmişdi.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya