Xəbər lenti:
Sony yeni 4K-televizorların qiymətini açıqlayıb
25-04-2013 

Sony Electronics şirkəti yanvarda CES 2013 sərgisində nümayiş olunan 4K formatlı (Ultra HD) maye-kristal (LCD) televizorların qiymətini açıqlayıb. 55 düym ekranlı XBR-55X900A modelini 5 min dollara, 65 düym panelli XBR-65X900A modelini isə 7 min dollara almaq mümkün olacaq. ABŞ-da şirkət artıq internet vasitəsilə hər iki model üçün ilkin sifarişlərin qəbuluna başlayıb. Televizorlar pərakəndə satış bazarlarına aprelin 21-də çıxarılacaq. Sony nümayəndələri hesab edirlər ki, 55 və 65 düym panellərə malik 55X900A və 65X900A modelləri daha geniş auditoriyaya 4K formatı ilə yaxından tanış olmağa şərait yaradacaq. Hər iki model təsviri 3840 x 2160 pikseldə göstərə bilir ki, bu da Full HD (1920 x 1080 piksel) formatını dörd dəfə üstələyir. Televizorlar X Reality Pro Picture Engine texnologiyası ilə təchiz edilib və iki prosessordan istifadə etməklə daha zəif təsvirli videonu 3840 x 2160 pikselədək çevirə bilir, həmçinin Wi-Fi texnologiyasını dəstəkləyir.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya