Xəbər lenti:
Üçrəngli elektron kağız təqdim olunub
24-05-2013 

E Ink şirkəti üç rəngi canlandıra bilən elektron kağızdan ibarət ekranlar təqdim edib. Ənənəvi ağ və qara rənglərlə yanaşı, displey qırmızı rəngi də göstərə bilir (istəyə uyğun digər rənglə əvəz etmək olar). Ekranın yaradıldığı texnologiya Spectra adlanır. Oxu qurğularının displeyləri kimi ekran maye ilə dolu mikrokapsullardan ibarətdir, lakin onlarda üç rəngin piqmentləri yerləşdirilib, Lenta yazır. Spectra ekranında çatışmazlıq onun çalarları - məsələn, boz və ya çəhrayı rəngi göstərə bilməməsindədir. Müqayisə üçün qeyd edək ki, E Ink-in Kindle oxu qurğusunda istifadə olunan Pearl kimi digər displeyləri boz rəngin 16 çalarını verir. Tərtibatçılar Spectra ekranlarını malların adlarını və qiymətlərini göstərmək üçün ticarət nöqtələrində istifadə etməyi təklif edirlər. Ekranlardakı məlumatları operator pultundan yeniləmək mümkündür. Displeyin üstünlüyü mənfi temperaturda fəaliyyət göstərə bilməsindədir və məhz buna görə onlar soyuducuların içində quraşdırıla bilər. Ekranların tədarükünə 2013-cü ilin üçüncü rübündə başlanılacaq.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya