Xəbər lenti:
PS4 qurğusu Xbox-dan ucuz olacaq
20-06-2013 

Los-Ancelesdə keçirilən E3 sərgisi zamanı Sony və Microsoft şirkətləri yeni nəsil PlayStation 4 və Xbox One oyun platformalarının qiymətlərini açıqlayıb. Belə ki, PlayStation 4 oyun konsolunun qiyməti ABŞ-da 399 dollar, Avropada 399 avro təşkil edəcək. Qurğunun satışa 2013-cü ilin sonunda çıxarılacağı gözlənilir. PlayStation 4-ün rəsmi təqdimatı cari ilin fevralında olub. Sony-nin təqdimatından bir neçə saat əvvəl Microsoft nümayəndələri Xbox One oyun konsolunun qiymətini elan ediblər. Bu qurğunun qiyməti ABŞ-da 499 dollar, Avropada 499 avro olacaq. Xbox One konsolu satışa PS4 ilə eyni vaxtda – 2013-cü ilin noyabrında çıxarılacaq. Platformanın rəsmi təqdimatı cari ilin mayında olub.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya