Xəbər lenti:
Microsoft "Windows 8.1 Preview" buraxılışını elan edib
05-07-2013 

"Build 2013" tərtibatçılarının konfransında "Microsoft" yenilənmiş "Windows 8.1 Preview" buraxılışını elan edib. Plenar iclas zamanı təşkilatın mütəxəssisləri "Windows" platforması üçün sensorla idarəedilən tətbiqlərin yaradılması, təşviqi, həmçinin tərtibatı üçün yeni vasitələr və istifadəçilərə təkmilləşdirilmiş dəstəyin yeni imkanlarını nümayiş etdiriblər. "Windows" bölməsinin korporativ vitse-presidenti Cyuli Larson-Qrin "Microsoft" korporasiyasının baş direktoru Stiv Balmerin çıxışına qoşulub. O, "Windows 8.1 Preview" ilkin versiyasını nümayiş etdirib və özəlləşdirmə parametrlərində dəyişikliklər, "Bing" axtarış, biznes məqsədlərinə çatmaq üçün təkmilləşdirilmiş funksionallıq, yeni tam paketli məhsul və əməliyyat sisteminin digər yenilikləri haqqında danışıb. "Microsoft" korporasiyası "Windows 8" buraxılışı ilə istifadəçilərə yeni "Windows" təqdim edib. Bu iddialı addım idi və biz "Windows 8.1" ilə daha da irəli getdik, - C.Larson-Qrin qeyd edib. - "Windows 8.1" ən müxtəlif planşetlər və kompüterlərdə işləyəcək və bizə istifadəçilərin ehtiyacına nə qədər həssas yanaşdığımızı nümayiş etdirmək üçün imkan yaradacaq. Bu gün istifadəsini mümkün etdiyimiz ilkin versiya yeni cihazların istehsalı və "Windows" əsasında bütün dünyada tətbiqlər yaradan tərəfdaşlarımız üçün vacibdir".  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya