Xəbər lenti:
Yer kürəsində sensor ekranların istehsalı üçün material ehtiyatları tükənib
16-07-2013 

Smartfon, planşet kompüter və digər müasir elektronika istehsalçıları yaxın gələcəkdə sensor ekranlar istehsal edəcək yeni materiallara yiyələnməli olacaqlar. Buna səbəb müasir displeylərin əsas komponenti olan indium kimyəvi materialının təbii ehtiyatlarının tezliklə tükənə bilməsidir. Bu problem San-Fransiskoda keçirilən “Semicon West” sənaye konfransında müzakirə olunub. İstehsalçılar sensor qurğuların buraxılış həcminin artım tempini nəzərə almaqla yaxın illərdə sənaye miqyasında yeni materiallara yiyələnməlidirlər. “NPD Display Search” şirkətinin məlumatına görə, 2013-cü ildə buraxılan bütün qurğularda sensor ekranların ümumi sahəsi 2012-ci ildə qeydə alınan 12 milyon kvadratmetrlik göstərici ilə müqayisədə 2 dəfədən çox artaraq 25,5 milyon kvadratmetr təşkil edəcək. Bundan başqa, sahənin 2015-ci ilədək 35,9 milyon kvadratmetrədək artacağı da gözlənilir. Analitiklər həmçinin qeyd edirlər ki, sensor ekranlara tələbat sensor noutbuklar bazarında artımın müşahidə olunması ilə əlaqədar xeyli yüksələcək.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya