Xəbər lenti:
“Facebook” mobil reklam şəbəkəsini işə salmaq niyyətindədir
23-04-2014 

“Facebook” sosial şəbəkəsi reklamın kənar servislərə yönəldilməsi üçün istifadəçilər haqqında məlumatlardan istifadəyə imkan verəcək mobil reklam şəbəkəsini işə salmağı planlaşdırır. Bu barədə “The Wall Street Journal” nəşri məlumat verib. “Facebook”un reklam verən tərəfdaşları şəbəkənin platforması vasitəsilə müxtəlif əlavə və oyunlarda reklam yerləşdirə biləcəklər. Reklamın yönəldilməsi istifadəçilərin fərdi məlumatları əsasında həyata keçiriləcək. Mobil reklam şəbəkəsinin yaradılması “Facebook”un istifadəçilər haqqında topladığı məlumatların həcmini artırmayacaq. Lakin servisin istifadəyə verilməsi istifadəçilərin sosial şəbəkədən kənarda mobil internetdə gördükləri reklamın yönəldilməsinin həcmini artıra bilər. Mobil reklam şəbəkəsini “Facebook”un aprelin sonunda tərtibatçılar üçün keçiriləcək illik “F8” konfransında nümayiş etdirəcəyi gözlənilir.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya