Xəbər lenti:
“Google”un üçölçülü smartfonu kosmosa göndəriləcək
23-04-2014 

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) mühəndisləri “Google” şirkəti tərəfindən öz sınaq “Project Tango” smartfonu üçün hazırlanan kompüter görmə texnologiyasından istifadə edəcəklər. Söhbət Beynəlxalq Kosmik Stansiyada naviqasiyanı sadələşdirəcək robot-köməkçilərin yaradılması üzrə “SPHERES” layihəsindən gedir. İnternet şirkətinin tərkibinə daxil olan “Advanced Technology and Projects” (ATAP) şöbəsi “NASA” ilə bir ildir əməkdaşlıq edir. Onlar birlikdə astronavtların Beynəlxalq Kosmik Stansiyada müxtəlif tapşırıqları müstəqil şəkildə yerinə yetirmələri üçün robotlar yaradırlar. Robotların əsas vəzifəsi stansiyanın üçölçülü xəritəsinin tərtib olunmasından ibarətdir. “SPHERES” layihəsini “Google”un “3D” görüntüsü ilə təmin etmək üçün ona smartfon, əlavə kameralar və digər avadanlıqlar əlavə olunacaq. “Project Tango” və “SPHERES”-in orbitə 2014-cü ilin yayında buraxılması planlaşdırılır.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya