Xəbər lenti:
Google televiziya internet-platformasından imtina etmir
09-12-2011 

Cari ilin Google TV televiziya internet-platforması üçün uğurlu olduğunu demək çətindir. Lakin proqram təminatı ilə bağlı problemlər, tələbatın azlığı və Logitech şirkətinin əməkdaşlıqdan imtina etməsi Google-un əzmini qıra bilməyib. Şirkətin Direktorlar Şurasının sədri Erik Şmidt bildirib ki, 2012-ci ilin yayına yeni televizorların əksəriyyəti bu platformanı dəstəkləyəcək. “2012-ci ilin yayına mağazalarda görəcəyiniz televizorların çoxunda Google TV platforması quraşdırılacaq”, o qeyd edib. Bu televizorların alıcıları Google şirkətinin müvafiq saziş imzaladığı kanalların proqramlarına baxa, Chrome brauzeri vasitəsilə internet səhifələrə daxil ola, xüsusi Android əlavələrdən istifadə edə, elektron poçtu yoxlaya, sosial şəbəkələrdə ünsiyyət yarada və videoya baxa biləcəklər.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya