Xəbər lenti:

CPanel və WHM demo

CPanel və WHM - serverdəki hostinq hesabınızı və serverin özünü idarə etmək üçün hazırlanmış veb interfeysdir. WHM idarəçilik paneli administratorlara serverin və hesavların inzibatçılığı işini sadələşdirmək üçün yaradılmışdır. Cpanel idarə paneli isə xostinq hesabının idarəedilməsi üçün təyin edilmişdir. Lakin, çox vaxt, CPanel dedikdə biz WHM CPanellə birlikdə nəzərdə tuturuq. Ona görə ki, onlar bir paketdə təqdim olunur.

WHM - (Web Host Manager) serverdə hesabın yaradılmasından ayrı-ayrı xidmətlərin tənzimləməsi və idarəsinə qədər (php, mail server exim, apache, mysql, DNS server və digər) ən müxtəlif funksiyalar daxil edilmişdir.

Cpanel idarə paneli serverin inzibatçısı tərəfindən sizin üçün yaradılan hesabı idarə etməyə imkan verir. Cpanel panelinin imkanları kifayət qədər çoxdur və o hesabın idarəedilməsi zamanı müxtəlif funksiyalar yerinə yetirə bilir. Məsələn, onun vasitəsilə email hesabın yaradılması, hesaba domen adların artırılması, FTP hesabın və məlumat bazasının yaradılması, PhPMyAdmin vasitəsilə məlumat bazasının idarəedilməsi, qovluqlara girlərin qadağası, faylların redaktəsi və sairə əməliyyatlar mümkündür. Bütün bunlar yalnız CPanel idarə paneli imkanlarının bir hissəsidir.

Cpanel idarəetmə paneli ilə tanışlıq üçün sizə Demo cPanel təqdim edirik.


username : demod
password : 1qazxcvb



WHM idarə paneli vasitəsilə asanlıqla müəyyən hostinq planı olan hesab yaratmaq imkanı var. Hostinq-plana inzibatçının akkauntunuz üçün təyin etdiyi məhdudiyyətlər, daha dəqiq desək hesabda domen adlarının sayı, yaradila biləcək email hesabların sayı, subdomenlərin, FTP akkauntların sayı, serverdə disk sahəsi, veb-server üzərindən ötürülən məlumatların sayı və sairə daxildir.



Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya