Xəbər lenti:

Hostinq nədir?

Müasir zamanda özümüz və maraqlarımız haqda bildirməyin ən sadə üsulu onları İnternetdə paylaşmaqdır. İnternetdə bizi maraqlandıran məlumatları bölüşməklə yanaşı, pul qazanmaq və gündəlik işləri aparmaq olar. Dünya şəbəkəsini sayt kimi təşkilati vahidlərsiz təsəvvür etmək olmaz. Saytlarda sahiblərinin istəyi ilə məlumat yığılıb təsnif edilir. Hal-hazırda yalnız hansısa təşkilatı deyil, hətta müasir texnologiyalarla maraqlanan sıravi adamı özünün İnternet-layihəsi olmadan təsəvvür etmək çətindir. Şəbəkədə saytlar hostinq xidməti vasitəsilə yerləşdirilir.

Hostinq – saytınınızın hostinq xidməti göstərən şirkət və ya fiziki şəxsin veb-serveri ya da veb-platformasında yerləşdirilməsidir.

Gec və ya tez sıravi istifadəçidə şəxsi səhifə yaratmaq və ya dünya şəbəkəsinə hər hansı məlumatı ortaya çıxarmaq fikri yarana bilər. Saytın hostinqdə yoxsa şəxsi komputerdə yerləşdirməli? Hər təzə başlayan istifadəçi bu sualı verir. Əlbəttə, məlumatı şəxsi komputerdə yerləşdirib onu kütləvi edə bilərsiniz. Yalnız bu halda bir çox problem və çətinliklər yaranır. Ancaq biz təkidlə internet-texnologiyaları və idarəçilik haqqında yetərli qədər məlumatı olmayan insanlara bunu etməməyi məsləhət görürük. Çünki həm zaman itirəcəksiniz, həm də konfidensial məlumatınız şəbəkə hücümları ucbatından ciddi zərər çəkə bilər.

Beləliklə, hostinq xidmətlərini seçməyi qərarlaşdırmısınız. Hansı növlər mövcuddur?

Hostinq fiziki və virtual növlərə ayrılır. Virtual bir necə saytın fiziki serverdə yerləşdirilməsi ilə səciyyələnir. Bu halda saytınıza ölçüsünə, mümkün texnologiyalara, proqram təminatına, məlumatın traffikinə görə müəyyən məhdudiyyətlər qoyulur. Fiziki bununla fərqlənir ki, sizin layihəniz şəxsi serverdə yerləşdirilir. Bu zaman məhdudiyyətlər yalnız serverin “dəmiri” və onun İnternetə qoşulması xüsusiyyətlərinə görə müəyyən edilir.

Həmçinin hostinq ödənişli və ödənişsiz olur. Odənişsiz hostinq, əsasən, aşağı keçid sürətini təmin edən və internet-saytlara böyük məhdudiyyətlər qoyan resurslarda təklif edilir. Odənişsiz resurslar kommersiya layihələrinin, orta və böyük saytların yerləşdirilməsi üçün yararsızdır. Onların mühiti kiçik saytlar, sayt-vizitkalar, şəxsi bloqlardır. İkinci variant - odənişli hostinqdir. Bu xidmət tələbatdan və maddi imkandan asılı olaraq hətta çox böyük və dinamik inkişaf edən layihəni serverdə yerləşdirmək imkanı verir. Çox vaxt hostinq xidmətlərinə gündəlik işlərlə yüklənmiş adi istifadəçinin çox güman ki həyata keçirə bilməyəcəyi saytın daim dəstəklənməsi daxildir.

Yekunlaşdıraq

Hostinq seçimində ilkin olaraq saytın məqsədini və onun ticari dəyərini müəyyənləşdirin.

Daha sonra odənişsiz və ya odənişli hostinq seçəcəyinizi qərarlaşdırın.

Layihənizin İnternetdə normal mövcudluğu və mümkün inkişafı üçün zəruri olan minimal tələbləri təyin edin.

Sonra hostinq növünü seçin və sizə uyğun olan tarifi tapın.

Beləliklə saytı şəbəkədə yerləşdirmək kifayət qədər asandır, ancaq bu müəyyən bilik və hər hostinqin xüsusiyyətlərini öyrənməyə daha dəqiq yanaşma tələb edir.

 
 

Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya