Xəbər lenti:

Delta Telecom Data Mərkəzi

Şirkətimiz Qafqazda ən böyük Data Mərkəzini tikir. Bu Data Mərkəz hal-hazırda bütün gücünün cəmi 10%-ilə fəaliyyət göstərməkdədir. Azərbaycanda internet resursların, əsasəndə milli internet resursların inkişaf etdirilməsi üçün Data Mərkəzdə göstərilən xidmətlərin əksəriyyəti kommersiya maraqlarından tamamilə kənardır. Onu da qeyd etmək lazımdır ki, bu gün Delta Telecomun internet xidmətləri təkcə Azərbaycana yox, regionda da çox maraqla istifadə edilməkdədir.

Delta Telecom Data Mərkəzinin yaradılmasında əsas məqsəd azərbaycandilli kontenti inkişaf etdirib ölkəmizdə yerləşdirilməsi və hər bir məlumatın təhlükəsizliyini təmin etməkdir.

Data Mərkəzin yüksək səviyyədə qurulması və idarə edilməsi üçün böyük investisiyalar yatırılmışdır və yatırılmaqda davam edir. İnfrastruktur ən müasir texnologiyalara əsaslanan platformalarla təchiz edilmişdir.

Delta Telecomun Data Mərkəzində məlumatlar bazasının, əməliyyat sistemlərinin, web-əlavələrin, həmçinin Mərkəzin özünün və müştərilər sisteminin müdafiəsini ən yüksək səviyyədə təşkil edən ən müasir məlumat təhlükəsizliyi və monitorinq sistemləri quraşdırılmışdır.

Data Mərkəzdə virtuallaşma proqramların köməyi ilə çox yüksək sürətli server və böyuk həcmli yaddaş qurğularını özündə cəmləyən mükəmməl vahid struktur yaradılıb. Bu infrastrukturun imkanlarından istifadə edərək Data mərkəz əsasında Delta Telecom korporativ sifarışçilərə, hüquqi və fiziki şəxslərə yüksək keyfiyyətli həllər təklif edir.

Enerji təminatı

Bütün server və avadanlıqların toplum olduğu bu məkanda avadanlıqların müntəzəm işləməsini təmin etmək məqsədilə soyutma sistemləri, daimi elektrik cərəyanı ilə təmin olunmuş UPS və generatorlar quraşdırılmışdır. Burada təhlükəsizlik fiziki və texniki səviyyədə həyata keçirilir. Bütün bunlar isə öz növbəsində Data Mərkəzin dayanmadan işləməsi deməkdir.

Soyutma sistemləri

Bildiyimiz kimi, serverlərin normal işləməsində Data Centerin temperaturu stabil və normalara uyğun olmalıdır. Soyutma sistemi UNİFLAİR şirkətinin kondisionerlərindən istifadə edərək otaqdakı temperaturu +/- 2 ° dərəcə temperaturda saxlamaq mümkündür. Bundan əlavə olaraq bu kondisionerlər otaqdakı nəmişlik faizini tənzimləyir. Bu kondisionerlərin əsəs xüsusiyyəti ondan ibarətdir ki, isti havani yuxaridan qəbul edib, soyuq havanı isə döşəmənin altına üfürür. Soyuq hava rackların altından eyni zamanda ön hissəsindən rack-a daxil olaraq avadanlıqların qızmasının qarşısını alır .




Tərəfdaşlar

Tərəfdaşlar

Sertifikatlar

Sertifikatlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya