Xəbər lenti:
Şirkətlər WMC 2012-də yeni qurğularını nümayiş etdirirlər
28-02-2012 

Bu gün Barselonada başlayan World Mobile Congress 2012 sərgisində istehsalçılar dünyanın mobil texnologiyalar sahəsindəki yeniliklərini nümayiş etdirilər. Belə ki, Sony şirkəti Xperia P və Xperia U smartfonlarını təqdim edib. Bu aparatlar Ericsson şirkəti ilə birgə müəssisə ləğv edildikdən sonra nümayiş olunan ilk aparatlardır. Hər iki smartfon ikinüvəlidir (prosessorun takt tezliyi 1 giqahers təşkil edir), lakin bir qədər bahalı Xperia P 4 düymlü, nisbətən ucuz Xperia U isə 3,5 düymlü ekrana malikdir. Smartfonlar simsiz NFC rabitə çipi ilə təchiz edilib. Xperia P modelindəki kameranın təsvir ölçüsü 8, Xperia U-nun 5 meqapiksel təşkil edir. Xperia P videonu1080p təsvir ölçüsündə çəkə bilir. Hər iki telefon Android 2.3 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir, lakin istehsalçı sonradan ƏS-nin versiyasını 4.0-dək yeniləyəcəyinə söz verir. Aparatların tədarükü cari ilin ikinci rübündə başlayacaq. Smartfonların pərakəndə qiymətini Sony hələ ki açıqlamayıb. Tayvanın HTC şirkəti yeni One istehsal xəttindən olan 3 smartfon nümayiş etdirib. Onların arasında əsasını Nvidia Tegra 3 platforması təşkil edən dördnüvəli One X modeli də var. HTC One X modelinin ekran ölçüsü 4,7 düym, təsvir ölçüsü 1280x729 pikseldir. Qurğuda simsiz NFC rabitə çipi və 8 meqapiksel təsvir ölçülü kamera yer alıb. Şirkət nümayəndələri qeyd edirlər ki, sözügedən aparat operativ çəkilişə uyğunlaşdırılıb: əlavənin işə salınmasına 0,7 saniyə, kameranın fokuslaşdırılmasına 0,2 saniyə vaxt lazımdır. HTC smartfonun pərakəndə satıcılara tədarükünə apreldə başlayacaq. Aparatda dərhal Android 4.0 mobil əməliyyat sistemi quraşdırılacaq. Bundan başqa, qurğu Sense 4.0-dən – HTC-nin qrafik istifadəçi interfeysinin yeni versiyasından istifadə edəcək.   



Tərəfdaşlar

Tərəfdaşlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya