Xəbər lenti:
НР planşetlərdə ARM prosessorlarından istifadəni planlaşdırmır
23-01-2013 

Hewlett-Packard (HP) şirkəti Windows 8 əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk planşet kompüterlərində х86 arxitekturalı prosessorlardan istifadə etmək niyyətində olmadığını açıqlayıb. Şirkət tərəfindən Windows RT əməliyyat sistemi ilə ARM çipli planşet kompüterlərin istehsalının hələlik planlaşdırılmaması barədə məlumat verilir. HP bunun əvəzinə Windows 8 Professional bazası əsasında х86 arxitekturalı prosessorlara uyğun gələn qurğular hazırlayır. Belə kompüterlər ilk növbədə biznes-istifadəçilər üçün nəzərdə tutulur. İlin sonunadək ABŞ istehsalçısı ilkin məlumatlara görə, Slate 8 Windows-planşetini təqdim edəcək. Qurğunun istifadəçilərin barmaq və xüsusi qələmin köməyi ilə yararlana biləcəyi 10,1 düym diaqonallı sensor displeylə təchiz ediləcəyi güman edilir. Slate 8-in avtonom rejimdə iş vaxtı 8-10 saat, korpusun qalınlığı 9,2 mm, çəkisi 680 qram təşkil edəcək. IDC analitik şirkətinin qiymətləndirməsinə əsasən, cari ilin birinci rübündə dünyada təxminən 17,4 milyon ədəd müxtəlif proqram-aparat platformalı planşet kompüter tədarük edilib. Bu, satışların 7,9 milyon ədədə bərabər olduğu 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 120 faiz çoxdur.  



Tərəfdaşlar

Tərəfdaşlar

Sual-Cavab

Sual-CavabSual ver

Sual: Salam. Salam Men beyaxdan sayti izleyirem hec bir bolme haqqinda etrafli melumat yazilmiyib. Bu istifadeci nece qiymetlere hardan baxsin meselen men Xarici serververle isleyirem ve ordan cixib Azerbaycan serverleri ile emekdasliq etmek isteyirem bundan otru sizinle aylarla elaqe yaratmaliyim etrafli melumat almaq ucun? mumkunse sualima etrafli cavab yazin ve bu adice sual cavabla musterilerin rahatligini temin etmek qeyri mumkundur.

Cavab: Salam,
Sualınız bizə indi çatıb.
Siz zəhmət olmasa, (012) 404 12 12; Mobil: (012)404-40-48 qeyd edilən nömrələr ilə əlaqə saxlayın. Sizə tam məlumat veriləcək.
e-mail: noc@delta-telecom.net; noc@az-ix.net

Qalereya

Qalereya